Gündəm / Hadisə / Dünya

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Moskvada

Moskva vilayətində qarayara şübhəsi ilə xəstə yerləşdirilib.

"Kanal14.az"ın "RİA Novosti"yə istinadən məlumatına görə, o, Çuvaşiyadan gəlib.

"Rospotrebnadzorun Moskva vilayəti üzrə departamenti Çuvaşiya Respublikasından bölgəyə gələn vətəndaşda qarayara xəstəliyinə yoluxma şübhəsi ilə bağlı məlumat yayıb”, - deyə, Rospotrebnadzorun açıqlamasında bildirilir.

Şöbənin mütəxəssisləri tərəfindən epidemioloji araşdırmalara başlanılıb, zəruri epidemiyaya qarşı tədbirlər kompleksi təşkil edilib, vətəndaşın yaşayış yeri üzrə dezinfeksiya işləri aparılıb.

"Xəstə hazırda Moskva vilayətinin tibb müəssisələrindən birində xəstəxanaya yerləşdirilib" - deyə, Rospotrebnadzorda vurğulanıb.

Kanal14.az
Jalə Əsədova