Gündəm / Siyasət

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

"Kanal14.az" "Rbc.ru"ya istinadən xəbər verir ki, ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla əlaqələrə cavabdeh köməkçisi Mişel Sisonun gələn həftə Azərbaycana səfəri planlaşdırılır,

Dövlət Departamentinin məlumatına görə, Sison bir neçə ölkəyə qastrol səfəri çərçivəsində martın 29-da Bakıya gələcək.

O, davamlı inkişaf və transmilli problemlər, o cümlədən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi üzrə çoxtərəfli əməkdaşlığı müzakirə edəcək.

Kanal14.az
Fatimə Kamalqızı