Gündəm / Hadisə / Dünya

12 gündür dayanmadan dairə vuran qoyunların sirri açılıb

12 gündür dayanmadan dairə vuran qoyunların sirri açılıb

Çində 12 gündür dövrə vuran qoyun sürüsünün görüntüləri dünya rekordu qırarkən, müəmmalı hadisənin səbəbi ilə bağlı fərqli fikirlər də müzakirələrə səbəb olub. Qoyunların bu müəmmalı hərəkəti ilə bağlı diqqətçəkən fikir irəli sürülüb.

Çinin Baotou şəhərində çəkilmiş video bütün dünyada böyük əks-səda doğurmuş və qısa müddətdə milyonlarla insan tərəfindən izlənilib. Fermada lentə alınan və sosial mediada yayılan videoda qoyun sürüsü tam 12 gün fasiləsiz dövrə vurur.

"Kanal14.az" "haberglobal"a istinadən bildirir ki, yalnız soyadı açıqlanan fermer Miao bildirib ki, əvvəlcə bir neçə qoyun qayıtmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub.

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də heyvanların tamamilə sağlam olduğunun açıqlanması vəziyyətin sirrini daha da artırıb.

Qoyunların niyə 12 gündür dövrə vurması ilə bağlı müzakirələr böyüdükcə yeni bir nəzəriyyə diqqət çəkib. İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell qoyunların bu davranışı ilə bağlı elmi fikir irəli sürüb.

Newsweek-ə danışan Bell, "Görünür, qoyunlar uzun müddət güzgü bölgəsində olduqları üçün əsəbidirlər və eyni hərəkəti dəfələrlə təkrarlayırlar" deyib.

Bell bəzi heyvanların daim dar bir sahədə sıxışdıqları və hirsləndikləri üçün bunu etdiyini və sürüdəki digər qoyunların da onların arxasınca getdiklərini ifadə edib.

Bir çox mütəxəssis qoyunların ümumiyyətlə yırtıcılardan qorunmaq üçün birlikdə hərəkət etdiklərini və sürü psixologiyası kimi tanınan bu vəziyyətin Çindəki qəribə hadisəni qismən izah edə biləcəyinə diqqət çəkib.

Digər tərəfdən, hadisəni xəbər verən Çin mətbuatı qoyunların son vəziyyəti və yeriyib-dönməmələri ilə bağlı yeni bir məlumat almayıb.

Kanal14.az
Jalə Əsədova