Gündəm / Siyasət / Dünya

Pakistan məhkəməsi polisə İmran Xanın həbsini dayandırmağı əmr edib

Pakistan məhkəməsi polisə İmran Xanın həbsini dayandırmağı əmr edib

Lahorda keçmiş baş nazirin evinin qarşısında polislə tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.

"Kanal14.az” "The Guardian” qəzetinı ( 15.03.23 istinadən xəbər verir ki, .Pakistan məhkəməsi keçmiş baş nazirin tərəfdarları ilə evinin qarşısında hüquq-mühafizə orqanları arasında şiddətli toqquşmadan sonra İmran Xanın həbsi üçün əməliyyatı dayandırmaq barədə polisə göstəriş verib.

İslamabadda aşağı məhkəmənin bir neçə çağırışna gəlmədiyi üçün həbs qərarı verildikdən sonra Xanın iqamətgahının ətrafı döyüş meydanına çevrildi.Toqquşmada 60- dan çox polis əməkdaşlatının yaralandığı, ən azı 8 etirazçının və 15 nəfərin həbs edildiyi bildirilir.
.Xan 2018-2022-ci illərdə baş nazir olduğu müddətdə dövlət hədiyyələrini qanunsuz satmaqda ittiham olunur.

Xana qarşı məhkəmə prosesləri keçən ilin əvvəlində parlamentdə keçirilən səsvermədə vəzifəsindən kənarlaşdırıldıqdan sonra başlayıb. O vaxtdan bəri o, ölkədə növbədənkənar seçki tələbi ilə etiraz mitinqləri keçirdi və belə aksiyaların birində güllələndi və yaralandı.
Hazırkı baş nazir Şehbaz Şərif Xanın tələblərini rədd edərək seçkinin bu ilin sonunda planlaşdırıldığı kimi keçiriləcəyini deyib.

Hələ heç bir baş nazirin səlahiyyət müddətini tam yerinə yetirmədiyi və ölkə tarixinin təxminən yarısını ordunun idarə etdiyi Pakistanda siyasi çəkişmələr adi haldır.

Kanal14.az
Nizami Təhməzov