Gündəm

Qaraqoyunlu taxtına çıxan 4 yaşlı uşaq — Qara Yusifin zindan həyatı və yuxusu

http://olke.az/uploads/1548306676/qarayusif.jpg
 
Azərbaycan tarixində Qaraqoyunlu dövlətinin özünəməxsus yeri var. Qaraqoyunlu hökmdarı Qara Yusif Teymurilərə qalib gələrək tarixə adını qızıl hərflərlə yazdırıb.

  Qaraqoyunlular dövləti haqqında maraqlı faktları tarixçi alim Əkbər Nəcəf təqdim edib.

1404-1405-ci illərdə tam bir il Qara Yusif Suriyada Şam zindanında yatır. Zindanda olarkən Məmlük sultanı onun öldürülməsi haqqında əmr göndərir. Lakin Suriya hakimi Şeyx Mahmudi bu əmri həyata keçirməkdən boyun qaçırdır.

Zindanda Sultan Əhməd Cəlayiri ilə birlikdə qalan Qara Yusif vaxtlarının çoxunu Teymura qarşı yeni strategiyalar formalaşdırma və mübarizə haqqında düşünməklə keçirirdilər. Bir gün Qara Yusif bir yuxu görür. Yuxuda Əmir Teymur barmağındakı üzzüyü çıxardıb Qara Yusifə təqdim edirdi.
Bu yuxudan sadəcə bir il sonra Qara Yusifin yuxusu çin olur və hakimiyyətlik üzzüyünü barmağına taxır.

 

Qara Yusif Suriyada zindanda yatarkən adamları ona oğlunun doğulduğu xəbərini gətirirlər. O da uşağın adını Pir Budaq qoyur və bu sevincini zindan dostu Cəlayirli Sultan Əhmədlə bölüşür. Sultan Əhməd də yeni doğulan uşağı oğulluğa qəbul edir.

Qara Yusif teymuri ordusunu 1406 və 1408-ci ildə iki dəfə ağır məğlubiyyətə düçar edib Təbrizə daxil olanda taxta özü deyil balaca oğlu Pir Budağı çıxardır. Çünki bu uşaq bir sultanın övladlığı olması səbəbi ilə hökmdar qanı daşıyırdı. Beləcə Qaraqoyunlu dövlətinin ilk hökmdarı rəsmi olaraq Pir Budaq olur və 1417-ci ildə ölümünə qədər sultan adını o daşıyır..