Gündəm / İqtisadiyyat / Dünya

Türkiyənin müdafiə naziri Akar taxıl müqaviləsinin 120 gün uzadılması üçün danışıqların aparıldığını açıqlayıb

Türkiyənin müdafiə naziri Akar taxıl müqaviləsinin 120 gün uzadılması üçün danışıqların aparıldığını açıqlayıb

Türkiyə taxıl müqaviləsini 120 gün uzatmaq üçün danışıqlar aparır.

"Kanal14.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar məlumat verib.

"Biz müqavilənin orijinal versiyasına uyğun olaraq danışıqlara başladıq. Müqavilənin yenilənməsi vacibdir. Onun iki ay deyil, 120 gün uzadılması ilə bağlı əlaqələrimizi davam etdirəcəyik”, - deyə nazir bildirib.

Martın 13-də məlum oldu ki, Rusiya martın 18-də başa çatan sövdələşməni 60 gün uzatmağa razılaşıb. Ertəsi gün Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko müqavilənin bu müddətə uzadılmasını təsdiqləyib.

Kanal14.az
Jalə Əsədova