Gündəm / Dünya

Saakaşvili indi Gürcüstana kömək etmək istədiyini deyir - Əks halda...

Saakaşvili indi Gürcüstana kömək etmək istədiyini deyir - Əks halda...

"Kanal14.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, klinikada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili evdə olarkən, Gürcüstana kömək etmək istədiyini deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Vladimir Zelenskiyə dəstək verməklə məşğul olacaq,

"Mən sadəcə burada olduğum müddətdə sizə kömək etmək istəyirəm, əks halda Kiyevə qayıdanda Zelenskiyə kömək etməyə tamamilə can atacağam və Gürcüstana baxmağa belə vaxtım olmayacaq. Birlikdə güclü fəaliyyət göstərməliyik.

İndi, şübhəsiz ki, fasilə vermək vaxtı deyi. Gənclərimizə şöhrət, bütün cəsur və qorxmaz vətənpərvərlərə şöhrət olsun”, - deyə, Saakaşvili Tbilisidəki son mitinqlərdən sonra sosial şəbəkədə yazıb. "Bu gün iki dəfə huşumu itirdim. Qaribaşvili (Gürcüstanın baş naziri - red.) Münhendə dedi ki, avropalı həkimlərə icazə verəcəyəm. Bu 10 gün uzanacaq. Amma, bacardığım qədər mübarizə aparacam. Mənim başıma çox şey gəlir - heç bir diplomatiya olmadan Fransa prezidenti Böyük Britaniyanın baş naziri ilə birgə keçirdiyi brifinqdə qeyd-şərtsiz azadlığa buraxılmağımı tələb etdi. Bu, tamamilə görünməmiş demarşdır”, - deyə, eks-prezident yazıb.

Bir gün əvvəl Saakaşvili Britaniyanın Sky News telekanalına bildirib ki, çəkisi demək olar ki, iki dəfə azalıb və azalmağa davam edərsə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar.

Kanal14.az
Aytəkin Talıbqızı