Gündəm / Dünya

Polşa Saakaşvilini sağaltmaq istəyir

Polşa Saakaşvilini sağaltmaq istəyir

Polşa hökumətinin sözçüsü Piotr Müller mediada bu barədə açıqlama verib.

Bu barədə "Kanal14.az" BBC-yə istinadən bildirir.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlığı ilə bağlı yaranan problemlərdə əli olduğunu düşünməyə yetərincə əsaslı şübhələr var. Ona görə də Polşa Gürcüstana həkim qrupu göndərməyi və Saakaşvilinin səhhəti ilə maraqlanmağı təklif edib.

Cənab Müller Gürcüstana göndəriləcək humanitar dəstəyin hazır olduğunu və yola düşməsi üçün gürcü tərəfin razılığını gözlədiklərini bildirib.

Qeyd edək ki, cənab Saakaşvili 2004-cü ildə "Qızılgül inqilabı" ilə hakimiyyətə gəlmmiş, 2013-cü ilə qədər hakikiyyətdə olmuşdur. 2021-ci ildə ölkəsinə gözlənilməz səfəri ilə həbs olunub.

Gürcüstanda işkəncə qurbanlarının hüquqlarını müdafiə edən "Empati" təşkilatı Saakaşvilini müayinə edən yerli və xarici həkimlər onun qanında ağır metallar aşjarlayıblar ki, bu da onun zəhərləndiyini göstərən güclü dəlildir.

Oğlu Eduard da atasının əvvəlki kimi əyləncəli bir adam olmadığını, xeyli dəyişdiyini bildirib.

Ukrayna prezidenti Zelenski də hazırkı Gürcüstan hökumətinin Saakaşvilini öldürməyə çalışdığını deyib.

Kanal14.az
Asiman Əsədsoy