Gündəm / Cəmiyyət / Sosial / Video

`Kristal Abşeron`un ABUSRD TƏBLİĞATI... - Kimə inanmalıyıq?

`Kristal Abşeron`un ABUSRD TƏBLİĞATI... - Kimə inanmalıyıq?

Bir neçə gün əvvəl DİA.AZ olaraq ""Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var" deyə bir xəbər yaydıq.
Qeyd edək ki, bu barədə Bakupost.az -a yerli sakinlər şikayət etmişdilər.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, bu hadisənin üstündən bir həftəlik vaxt keçib və bu müddət ərzində "kristal Abşeron" şirkəti az qala hər gün yayılan məlumatı təkzib edir. Tamam, hansısa şirkətin baş vermiş olaya belə bir həssaslıq nümayiş etdirməsi gözəl nümunədir. Yəni ortada BİR MƏSULİYYƏT VAR...

Ekə anlamalı idi. Amma anlaşılanı odur ki, yanlış anlamışıq. Ortada hansısa MƏSULİYYƏT HİSSİ yoxdur. Sadəcə olaraq MƏSULİYYƏÖTDƏN YAYINMA NİYYƏTİ VAR...

Yəni Allah eləməmiş sabah, hansısa faciə baş verərsə, şirkət boynundan ata bilsin...

Şirkətin izahatına gəlincə isə sadəcə olaraq "Kristal Abşçeron" adından yayılmış son açıqlamanın sonuncu abzasını təqdim edirik:

"Binanın inşaasında Rusiya istehsalı olan A500 markalı armaturlardan və M400 markalı betondan istifadə edilib. Binanın memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsizdir və sakinlərin istifadəsinə tam yararlıdır. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq".

"Kristal Abşeron" adından deyirlər ki, ŞAİYƏLƏRƏ İNANMAYIN...

Adamlar, yayılan informasiya şaiyə yox... VƏTƏNDAŞ ŞİKAYƏTİ İDİ... Yəni orda yaşayanlarıln şikayəti... özləri də videosübut çəkib atmışdılar. Bu da həmin video:

Belə görünür, şaiyə qaynaqları daha etibarlı mənbədir... "Kristal Abşeron"a nəzərən...

Məsələ ilə bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...