Gündəm / Dünya / İdman

Usman Nurməhəmmədov amerikalı Benson Hendersonu məğlub edərək kəməri qoruyub

Usman Nurməhəmmədov amerikalı Benson Hendersonu məğlub edərək kəməri qoruyub

"Kanal14.az" "Ntv.ru"ya istinadən xəbər verir ki, anınmış qarışıq döyüş ustası Həbib Nurməhəmmədovun əmisi oğlu Usman Nurməhəmmədov Bellator Qran Prisinin yarımfinalına yüksəlib.

Bellator 292 turniri çərçivəsində döyüş Kaliforniyada baş tutub. Bellator Qran Prisinin 1/4 finalında Usman Nurməhəmmədov Mütləq Döyüş Çempionatı kəmərinin keçmiş sahibi amerikalı Benson Hendersonu məğlub edib. Rusiyalı ilk raundda rəqibini boğmaqla məğlub edib və 2022-ci ildə qazandığı kəməri qoruyub.

Həmçinin, azərbaycanlı Tofik Musayevi məğlub edən rusiyalı Aleksandr Şabliy Qran Prinin yarımfinalına yüksəlib.

Kanal14.az
Ulduz Talıblı