Gündəm / Hadisə / Dünya

İspaniyada başlayan qripin ikinci dalğası mütəxəssisləri təəccübləndirib

İspaniyada başlayan qripin ikinci dalğası mütəxəssisləri təəccübləndirib

"Kanal14.az” "Sözçü”yə istinadən xəbər verir ki, İspaniyada payız-qış dövründə ikinci dəfə görülən qrip dalğası mütəxəssislər tərəfindən respirator viruslarda qeyri-adi bir vəziyyət kimi qiymətləndirilib.

Ölkədə noyabr-dekabr aylarında baş verən "qrip A” dalğasından sonra fevral ayından "qrip B” dalğası başlayıb.

Karlos III Sağlamlıq İnstitutu qrip dalğası B ilə bağlı hesabatında, normal olaraq yaza doğru azalacağı gözlənilən qrip hadisələrinin indi tez-tez rast gəlinməsinin və bir payızda iki qrip dalğasının olmasının qeyri-adiliyinə diqqət çəkib.

Covid-19 ilə əlaqədar görülən tədbirlərin təsiri ilə orqanizmin digər viruslara qarşı müqavimətinin azaldığını bildirən mütəxəssislər, "Covid-19 immunitet sisteminə təsir edib, bu elmi olaraq müəyyən edilmiş bir tapıntıdır. Bu, bizi hər cür tənəffüs xəstəliklərinə daha çox meylli edir. Həyat əvvəlki vəziyyətinə qayıtdıqda bu ikinci dalğa sürətlə artdı.

Bildirilib ki, qrip B dalğası xüsusilə 15 yaşa qədər uşaqlarda müşahidə olunur.

İspaniya mətbuatı da qeyri-adi qripə yoluxma halları ilə bağlı "Son aylarda qızdırma, burun axıntısı və öskürək yoxdursa, şanslısınız” sözlərini yazıb. Fransada da İspaniya kimi B qrip dalğasının yüksək səviyyədə olduğu bildirilib.

Kanal14.az
Nizami Təhməzov