Gündəm / Siyasət / Dünya

Avropalı sosial demokratlardan Kılıçdaroğluna böyük dəstək

Avropalı sosial demokratlardan Kılıçdaroğluna böyük dəstək

"Kanal14.az” "sözçü” qəzetinə istinadan xəbər verir ki, Avropada sosial-demokrat partiyaları bir araya gətirən Avropa Sosialist Partiyası (PES) Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğluna dəstək mesajı yayımlayıb.

"Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifət namizədi Kılıçdaroğlunun arxasında PES dayanır” başlıqlı açıqlamada, "May ayında keçiriləcək prezident seçkilərində Türkiyədə müxalifətin ortaq namizədi olaraq Kamal Kılıçdaroğlunu güclü şəkildə dəstəkləyirik . üzvü olan partiyamız Cümhuriyyət Xalq Partiyasıdır”.

Mesajda CHP liderinin 2017-ci ildə keçirdiyi Ədalət Yürüşünə istinad edilərək, "Kılıçdaroğlu, prezident Ərdoğanın dövründə Türkiyədə demokratiyanın parçalanmasına qarşı çıxmaq üçün məşhur 280 millik Ədalət Yürüşünə rəhbərlik edib” ifadəsi işlədilib. Bəyanatda həmçinin, "Avropalı sosialistlər və demokratlar müxalifət partiyalarını Kamal Kılıçdaroğlunun arxasında birləşdikləri üçün təqdir edir" deyə, bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğanı da tənqid edən PES, "Qarşıdan gələn parlament və prezident seçkiləri Ərdoğan dövründə Türkiyədə avtoritarizmə qarşı durmaq üçün çox əhəmiyyətli bir fürsətdir. Ərdoğan bilərəkdən hakimiyyət bölgüsü və siyasi plüralizmi hədəfə alıb, siyasi müxalifətə açıq şəkildə işgəncələr verib.

Kanal14.az
Nizami Təhməzov