Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Yüzlərlə xristian "qiyamət qorxusundan" ölkədən qaçdı

Yüzlərlə xristian

Yüzlərlə uqandalı xristian "qiyamət günü” qorxusundan Efiopiyaya qaçıb.

Kanal14.az” Türkiyənin " Sözçü” qəzetinə ( 07.03.23 ) istinadən xəbər verir ki, Uqandadakı Məsihin Həvarilər Kilsəsinə bağlı Şərqi Afrika ölkələrindən olan yüzlərlə xristian "qiyamət günü” qorxusundan Efiopiyaya gedib.

Polis sözçüsü Oscar Ogeca, yüzlərlə Uqandalı xristianın qiyamət və bunun onların bölgələrinə təsirindən qorxaraq Efiopiyaya getdiyini söylədi. Ogeca bildirib ki, təriqət üzvləri qiyamətdən sonrakı Efiopiyada həyatın yenidən başlayacağına inanırlar.

Adı çəkilən təriqət mənsublarının Efiopiyaya köçməzdən əvvəl bütün mal varlıqlarını satdıqlarını qeyd edən Ogeca, "Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamətdə yeganə təhlükəsiz yer olduğunu düşünərək Efiopiyaya getdilər” dedi.

Uqandada yalan məlumatlarla liderlik edən bəzi təriqətlər bir çox insanın həyatını itirməsinə səbəb olub.

Kanal14.az
N.Məmərli