Gündəm / Cəmiyyət / Dünya

Gündəlik 160 min adam üçün qida

Gündəlik 160 min adam üçün qida

"Kanal14.az” " Hurriyet.com.tr"a istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusu Akar, - "Türkiyə Silahlı Qüvvələrinin Zəlzələ bölgəsində 160 min nəfər üçün isti yemək və hər gün 385 min çörək istehsal etmık səviyyəsinə yüksəlmişik. Biz işimizi davam etdirməyə çalışırıq. 10 min nəfərlik mətbəximizdə səylərimizi daha da artırırıq." - deyib.

Zəlzələnin ilk günündən bu yana böyük irəliləyiş əldə edildiyini vurğulayan nazir Akar, "Bizim görəcəyimiz işin daha çox olduğunun fərqindəyik. Millətimiz, dövlətimiz bu məsələnin üzərində dayanır. Bir yumruq, bir ürək olaraq işimizi davam etdiririk. İnşallah bütün bu yaraları sağaldacağıq. Dövlət olaraq, millət olaraq, silahlı qüvvələr olaraq gücümüz, imkanımız, qüdrətimiz var. Əminik ki, əvvəllər oxşar fəlakətləri sovuşdurduğumuz kimi, buna da qalib gələcəyik. Silahlı qüvvələrimiz millətimizin yanındadır. Biz elə ilk andan səfərbər olduq. Biz işimizi davam etdiririk. Yaralar sağalacaq. Bunları edəcəyimizə heç kim şübhə etməsin”, - deyə, əlavə edib.

Kanal14.az
N.Məmərli