Gündəm / Siyasət / Dünya

ABŞ-ın maliyyə naziri Yellen Ukraynaya səfər edib

ABŞ-ın maliyyə naziri Yellen Ukraynaya səfər edib

ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın Ukraynaya iqtisadi dəstəyini müzakirə etmək üçün bu ölkəyə gəlib

"Kanal14.az” "Hurriyet.com.tr”a istinadən xəbər verir ki,xanım Yellen səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın baş naziri Denis Şmıqalla görüşüb.

Yellen Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya həyati vacib xidmətlərin göstərilməsi üçün davamlı iqtisadi dəstəyini, o cümlədən 2023-cü ilin ilk üç rübündə veriləcək 9,9 milyard dollarlıq büdcə dəstəyinin 1,25 milyard dollarının ilk transferini müzakirə edib.

ABŞ Maliyyə naziri yığıncaqdakı çıxışında Ukraynanın mübarizəsinin öz mübarizəsi olduğunu vurğulayaraq, "Mən prezident Bayden və Amerika xalqından Kiyevə açıq bir mesaj gətirdim; Nə qədər vaxt aparsa da, biz Ukraynanın yanında olacağıq” fikrini söylədi. ABŞ-ın Ukraynanın ən böyük donoru olmaqdan qürur duyduğunu deyən Yellen ABŞ-ın indiyədək Ukraynaya 50 milyard dollara yaxın yardım etdiyini qeyd edib.

Kiyevə səfəri zamanı iqtisadi və büdcə dəstəyinin təmin edilməsində yaxın ortaqlarına diqqət yetirdiyini vurğulayan Yellen, "İndiyədək 14 milyard dollardan çox iqtisadi yardım göstərmişik. Yaxın aylarda 8 milyard dollardan çox əlavə iqtisadi dəstək verəcəyik” dedi.

Kanal14.az
Aytəkin Talıbqızı