Gündəm / Dünya / Səhiyyə

İstanbulda daha bir Dövlət Xəstəxanası evakuasiya ediləcək

İstanbulda daha bir Dövlət Xəstəxanası evakuasiya ediləcək

İstanbuldakı Cerrahpaşa Tibb Fakültəsindən sonra Kağıthane Dövlət Xəstəxanasının boşaldılması qərarı verildi.

Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra İstanbulda bina təhlükəsizliyi məsələsi ön plana çıxdı .

"Kanal14.az" "haberglobal"a istinadən xəbər verir ki, Kağıthane Dövlət Xəstəxanasının zəlzələyə davamlı olmadığı səbəbilə köçürülməsinə qərar verilib. Yaxın vaxtlarda xəstəxananın boşaldılacağı bildirilib.

Xəstəxananın iki həftə ərzində Şişli Hamidiye Etfal Xəstəxanasının Seyrantəpə binasına köçürülməsi planlaşdırılır. Qərar xəstəxananın əməkdaşlarına çatdırılıb.

Kağıthane Dövlət Xəstəxanası Səhiyyə Nazirliyi ilə İBB arasında imzalanmış protokol əsasında 18 may 2005-ci ildə inşa edilmişdir. Həmin ilin noyabr ayında xəstəxana öz poliklinika xidmətinə başlamışdır.

Dünən şəhərin önəmli xəstəxanalarından biri olan Cərrahpaşa Tibb Fakültəsinin binalarına baxış keçirilib.

Ekspertizadan sonra binaların zəlzələyə davamlı olmadığı müəyyən edilib. Sosial şəbəkələrdə uzun müddətdir ki, binalardakı konstruksiyaların dağılması müzakirə olunur.

Fakültənin yalnız böyük hissəsi bağlanmış Təcili Tibbi Yardım və Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsi açıq olacaq. Bütün əməliyyatlar da dayandırıldı.

Kanal14.az
Asiman Əsədsoy