Gündəm / Dünya

Prezidenti və nazirləri günahlandıran vəkil

Prezidenti və nazirləri günahlandıran vəkil

Zəlzələdə insan təlafatına görə məsuliyyət daşıdığını iddia edən vəkil Hüseyn Cimşit AKP sədri və Prezident R.T.Ərdoğana qarşı cinayət işi açılmasını istəyib.

"Kanal14.az" "Sozcu"ya istinadən bildirir ki, Samsun Vəkillər Kollegiyasın üzvü ölkə başçısı ilə yanaşı eyni zamanda Ekologiya, Şəhərsalma və İqlim naziri Murat Qurumu, Daxili İşlər naziri Süleyman Soyluyu Milli Müdafiə naziri Hulusi Akarı, Nəqliyyat və İnfrastruktur naziri Adil Qaraismayıloğlunu, Səhiyyə naziri Fəxrəddin Qocanı, Bələdiyyə başqanlarını, bələdiyyə məclis üzvlərini, layihə rəhbərlərini və GSM operatorlarının rəhbərlərini mısuliyyətə cəlb etmək üçün iddia qldırıb.

Bundan sonra Samsun Polis İdarəsi Təhlükəsizlik Şöbəsindən bir polis məmuru ona zəng edərək Respublika Baş Prokurorunun göstərişi ilə ifadə vermək üçün Polis İdarəsinə çağırdığını bildirib. Lakin, Vəkillər Kollegiyasının üzvü H.Cimşit bundan imtina edərək deyib: " Polis vəkilin ifadəsini ala bilməz. Onlara deyin ki, bu sərəncam hakimiyyətdən sui- istifadədir”.

Kanal14.az
Kamal Əsgərov