Gündəm / Cəmiyyət / Dünya

Koronanın dövlət sirləri indi açılır

Koronanın dövlət sirləri indi açılır

"Kanal14.az” " Cümhurriyət” qəzetinə istinadən xəbər verir ki, bir neçə ildir ki, insanları vahiməyə salan koronavirusla mübarizə aparan dünya ABŞ- dan gələn xəbərlə çox sarsıldı .

Yeni kəşfiyyat nəticələrini araşdıran ABŞ Energetika Depatamenti koronovirusun mənşəyi ilə bağlı parlaq bir nəticəyə gəlib. İlk dəfə 2019-cu illin son günlərində Çinin Uhan şəhərində görülən və oradan bütün dünyaya yayılan koronovirus (Covid- 19) milyonlarla insanın həyatına son qoyub.

İlllər sonra dünya normal vəziyyətə qayıdır.

Dünyanın bir çox ölkəsi köhnə normalara uyğunlaşarkən, ABŞ kəşfiyyatının " virusun sıfır nöqtəsi” olan Çinlə bağlı hesabatı gündəmdə bomba kimi partladı.

Keçən illər ərzində Çinin "Koronovirus sənədləri” ABŞ kəşfiyyatı tərəfindən ələ keçirillib və Çinin sirr olaraq saxladığı layihə deşifrə edilib.

ABŞ mətbuatında yer alan sənədlərə görə, Çin alimləri son altı il ərzində bioloji və genetik silahlar, o cümlədən Koronovirusla bağlı araşdırmalar aparırlar.

Eyni sənədlərə görə, 2015-ci ildən bəri SARS koronaviruslarının hərbi potensialını qiymətləndirən Pekin administrasiyası bu layihəni mümkün "Üçüncü Dünya Müharibəsi” ssenarisinə hazır saxlayır.

Sözügedən sənədlərdə bu layihə müharibə şəraitində "qələbənin əsas silahı” adlanır və ətraflı araşdırmalar təklif edir. Sənədlərdə gözlənilənlərin əksinə olaraq Üçüncü Dünya Müharibəsinin kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi var.

ABŞ- ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombasına istinad edən sənədlərdə bioloji silahların yeni Dünya Müharibəsində "qələbə üçün əsas silah” olacağı vurğulanır.

Kanal14.az
Aytəkin Talıbqızı