Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Aydın Bağardı sabah son səfərinə yola salınacaq

Aydın Bağardı sabah son səfərinə yola salınacaq

"Ölürayak” və "Yalnız” kimi bir çox serialın rejissor kürsüsündə oturan Aydın Bağardı 64 yaşında dünyasını dəyişib. Bağardının ölüm xəbərini həyat yoldaşı açıqlayıb.

Aydın Bağardının səhv diaqnoz nəticəsində böyrək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

"Kanal14.az" "habertürk"ə istinadən bildirir ki, Bağardının sabah Biləcikdə son səfərinə yola salınacağı öyrənilib.

AYDIN ​​BAĞARDI HAQQINDA

Karyerasına TRT prodakşnlarında rejissor köməkçisi kimi başlayan Aydın Bağardı 'Toxum ve Toprak', 'Kartallar Uçuşu' və 'Könül Pomada' kimi seriallarda rejissor köməkçisi kimi çalışıb.

1991-ci ildə çəkilən "Ölürayak" filmi ilə rejissor kimi debüt edən Bağardı, eyni zamanda bir çox serial, televiziya filmi və sənədli filmlər də çəkib.

Aydın Bağardı sonuncu dəfə 2017-ci ildə işıq üzü görən "Osmanlıdan günümüzə hamballar” sənədli filminin prodüseri və rejissoru olub.

Kanal14.az
Rəna Gözəlova