Gündəm / Siyasət / Dünya

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Hazırda Aİ Şurasına sədrlik edən İsveçin nümayəndəliyinin məlumatına görə, daimi nümayəndələr Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi barədə razılığa gəliblər. Hesabatda deyilir ki, yeni məhdudiyyətlər paketinə "ikili təyinatlı mallar və texnologiyalar üzrə daha güclü ixrac məhdudiyyətləri, xüsusi əməliyyatı dəstəkləyən fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırıcı tədbirlər”, həmçinin "Rusiya tərəfindən istifadə edilən dronların çatdırılması və təbliğatı” daxildir.

İndi Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları Aİ Şurası tərəfindən yazılı prosedurla rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra onlar Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

"Kanal14.az"ın Bloomberg-ə istinadən məlumatına görə, onuncu sanksiyalar paketinin rəsmi təsdiqi şənbə günü səhər alınacaq.

Xatırladaq ki, Aİ ölkələrinin səfirləri üç gün ardıcıl olaraq Aİ-nin fevralın 24-dən əvvəl elan etməyi planlaşdırdığı Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini razılaşdırmağa çalışırlar. KİV-in məlumatına görə, əngəl İtaliyanın Aİ-yə rus kauçukunun tədarükü üçün bir sıra istisnalar yaratmaq təklifinə qarşı çıxan Polşanın mövqeyi olub. Həmçinin bildirilib ki, Polşa onuncu sanksiyalar paketini bloklaya bilər, çünki onu çox yumşaq hesab edir.

Bir gün əvvəl Böyük Britaniya, ABŞ və Kanada Rusiyaya qarşı əlavə sanksiyalar elan etmişdi.

Kanal14.az
Anarə Muhəmməd