Gündəm / Siyasət / Dünya

Rusiya imperiya ambisiyalarını geridə qoymalıdır

Rusiya imperiya ambisiyalarını geridə qoymalıdır

"Kanal14.az” "Aljazeera”ya istinadan xəbər verir ki, Polşa prezidenti Anjey Duda deyib ki, Rusiya imperiya ambisiyalarını geridə qoymalıdır.

"Rusiya dünyanın bir çox ölkəsində sabitliyi pozur və Ukrayna Rusiyanın bu cəbhədən hücumuna məruz qalıb. Rusiya öz imperiya ambisiyasında olduğunu nümayiş etdirir.

Duda CNN-in müxbiri Kristian Amanpurun Ukraynadakı müharibə bitdikdən sonra Rusiyanın hansı rola malik ola biləcəyi ilə bağlı sualına belə cavab verib.
- "Bu, bizim mövqeyimizdir və ona görə də biz Ukraynanı dəstəkləyirik. Çünki, inanırıq ki, Ukrayna Rusiyanın həmin imperiya ambisiyalarına tab gətirərsə, o zaman Rusiya bu imperiya ambisiyalarını dayandırmalı olacaq”.

Duda Rusiyanın güc tətbiq etməyə çalışdığı ölkələri, o cümlədən Gürcüstan, Moldova və Suriyanı sadalayıb. "Sadə dillə desək, Rusiya müstəmləkəçilik ambisiyaları olan belə bir imperiyadır. O, başqa xalqları və başqa ölkələri özünə tabe etmək istəyir. Onlardan qazanc əldə etmək istəyir. Bunun ən yaxşı nümunəsi bugünkü Ukraynadır" - deyə, o əlavə edib.

Kanal14.az
Anarə Muhəmməd