Gündəm / Siyasət / Dünya

Tunis prezidentinin mövqeyi

Tunis prezidentinin mövqeyi

"Kanal14.az” BBC-yə istinadən xəbər verir ki, Tunis prezidenti Kais Saied Saharadan cənub - şərqi Afrikadan gələn çoxlu sayda qeyri-qanuni miqrantlara qarşı "təcili tədbirlər” görülməsinə çağırıb.
Cənab Saied miqrant axınının ölkənin demokratik quruluşunu dəyişdirmək məqsədi daşıdığını bildirərkən, onun bu fikirləri hüquq qrupları tərəfindən irqçi kimi tənqid edildiyini də vueğulyıb.

Reuters xəbər agentliyi Cənab Saieddən sitat gətirib: - "Ardıcıl qeyri-qanuni immiqrasiya dalğalarının elan edilməmiş məqsədi Tunisi ərəb və islam xalqlarına heç bir aidiyyəti olmayan sırf Afrika ölkəsi hesab etməkdir".

Tunis İqtisadi və Sosial Hüquqlar Forumunun sözçüsü cənab Səidin sözlərini belə dəyərləndirir: - "Avropadakı kampaniyalar irqçi yanaşmadır. Prezidentin bu kampaniyası tunisliləri əsas problemlərindən yayındırmaq üçün onlara xəyali düşmən yaratmaq məqsədi daşıyır”.

Kanal14.az
Aytəkin Talıbqızı