Gündəm / Siyasət / Dünya

Çin lideri Moskvaya gedəcək

Çin lideri Moskvaya gedəcək

Hazırda Moskvada olan yüksək səviyyəli diplomat Vanq Yi iki ölkə arasında əlaqələrin möhkəm olduğunu bildirib.

"Kanal14.az” "Aljazeera”ya istinadən xəbər verir ki, Çin lideri Si Cinpin yaxın aylarda Rusiya prezidenti Vladimir Putinlə sammit üçün Moskvaya səfər etməyə hazırlaşır.

Xi-nin səfərinin apreldə və ya mayın əvvəlində Rusiyanın İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsini qeyd etdiyi zaman baş tuta biləcəyini deyib.

Çinin baş diplomatı Vanq Yi hazırda Moskvadadır və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün görüşü gözlənilir.

Avropaya səfəri zamanı Vanq Ukraynada ötən il fevralın 24-də Rusiya qoşunlarının ölkəni işğal etməsi ilə başlayan müharibəyə son qoymaq üçün danışıqlar yolu ilə nizamlanma çağırışlarını gücləndirib. Pekin Rusiyanın hərəkətlərini pisləməyib və ya Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Lakin, o, "təmkinli” olmağa çağırıb və mübahisələrin "dinc yolla” həll edilməli olduğunu vurğulayıb.

Vanq dünən Moskvada Rusiyanın qüdrətli Təhlükəsizlik Şurasının katibi və Putinin yaxın adamı Nikolay Patruşevlə görüşdə iki ölkənin yaxın əlaqələrini bir daha vurğulayıb.
Patruşev isə Vanqa bildirib ki, Pekin Rusiyanın xarici siyasətində əsas prioritetdir və iki ölkə bir yerdə olmalıdır.
O, demişdir: "Rusiyanı və Çini cilovlamaq üçün kollektiv Qərb tərəfindən aparılan kampaniya kontekstində beynəlxalq arenada Rusiya-Çin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir”.

Kanal14.az
Nizami Təhməzov