Gündəm / Hadisə / Dünya

İstanbulda göz gözü görmür

İstanbulda göz gözü görmür

İstanbulda duman səbəbindən bəzi bərə reysləri həyata keçirilə bilmir. Boğazda da duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

"Kanal14.az" "haberglobal"a istinadən qeyd edir ki, Şəhər Xətləri AŞ-nin internet saytında edilən elanda duman səbəbindən Beykoz - Sarıyer və Sarıyer-Rumelikavağı-Anadolu kavagi reyslərinin ləğv edildiyi, bəzi reyslərdə gecikmələrin ola biləcəyi bildirilib.

Bildirilib ki, dərhal yenilənən ləğv edilmiş reysləri "https://sehirhatlari.istanbul/tr/iptal-seferler” səhifəsindən öyrənmək olar.

Alınan məlumata görə, Boğazın Rumeli kavağının şimalında da görmə məsafəsinin sıfıra yaxın olması səbəbindən Sahil Təhlükəsizliyi Ümumi Müdirliyi tərəfindən gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb .

Kanal14.az
Aynur Qasımova