Gündəm / Şou / Dünya

İbrahim Tatlısəs zəlzələ qurbanlarına 5 mənzil açıb

İbrahim Tatlısəs zəlzələ qurbanlarına 5 mənzil açıb

İbrahim Tatlısəs qızı Dilan Çıtakdan sonra evlərini zəlzələdən zərərçəkənlər üçün açıb. Tatlısəs Bodrumdakı 5 mənzilini vitse-prezident Fuat Oktayın çağırışından sonra Ev Sənin Evin kampaniyasına bağışladı.

"kanal14.az" "Haberglobal" istinadən bildirir ki, Oktay açıqlamasında, Türkiyədə yaşayan və ikinci evi olan və ya xaricdə yaşayan və Türkiyədə ikinci evi olan xeyriyyəçilərin istifadə edilməmiş evini və ya bağ evini zəlzələ qurbanlarının istifadəsinə təmənnasız təqdim etmək, yaxud Zəlzələ qurbanı ailələrinin yaşaya bilməsi üçün kirayə vermək üçün "Evimyuvanolsun" internet saytından rahatlıqla müraciət edə biləcəklərini deyib.

Bu çağırışdan sonra İbrahim Tatlısəs də qızı Dilan Çıtak kimi dərhal hərəkətə keçib. İbrahim Tatlısəs Bodrumdakı 5 mənzilini "Evim evin Olsun" kampaniyasına bağışlayıb.

İbrahim Tatlısəs xalqa müraciət edərək, "Evim evin olsun" Kampaniyasına qoşulun. İndi yaraları sağaltmaq zamanıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. Əgər imkanınız varsa, siz də açın" - deyib.

Kanal14.az
Asiman Əsədsoy