Gündəm / Dünya

V.Venbin: “Amerika öz mövqeyində dəyişiklik etməlidir"

V.Venbin:

"Kanal14.az” TASS” Agentliyinə istinadən bildirir ki, bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin hakimiyyəti ABŞ-ın Çin-Rusiya münasibətlərinə dair tənqidini qəbul etmir və Vaşinqtondan Ukrayna probleminə məsuliyyətlə yanaşmağı və mövqeyinə yenidən baxmağı tələb edir.

- "Biz ABŞ-ın Çin-Rusiya münasibətləri ilə bağlı tənqidi bəyanatlarını heç vaxt məqsədəuyğun saymamışıq. Vaşinqton hətta bizə təzyiq edir. Biz bunu qəbul etmirik", - Vanq mətbuat brifinqində Pekinin Moskvaya hərbi yardımı ilə bağlı ABŞ bəyanatlarını şərh edərkən vurğulayıb.
- "Biz təkid edirik ki, Birləşmiş Ştatlar öz hərəkətlərini lazımi səviyyədə düşünməli, barışıq və Ukrayna məsələsi üzrə sülh danışıqlarının irəliləməsi istiqamətində real addımlar atmalıdır”.

Kanal14.az
Ulduz Talıblı