Gündəm / Dünya

Adıyamanda dağıdılan “Bozdoğan” otelinin ortağı sərbəst buraxılıb

Adıyamanda dağıdılan

Ötən gün Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan Adıyaman Bozdoğan Otelinin ortaqlarından Nazan Bağcı xaricə getmək istəyərkən, İstanbul Hava Limanında yaxalanmışdı. Lakin, bu gün məhkəmə tərəfindən sərbəst buraxılıb.

"Kanal14.az" "Haberglobal"a istinadən bildirir ki, Bozdoğan otelinin ortaqlarından olan Nazan Bağcı "ehtiyatsızlıqdan ölüm və ya yaralanma” cinayəti ilə axtarışda olan sərnişinləri qarşılamağa gəldiyi İstanbul Hava Limanında nəzarətə götürülüb.

Adıyaman Sülh Cəza Məhkəməsi tərəfindən verilən qərara görə polisdə sorğu-sual edildikdən sonra Qazi Osmanpaşa Sülh Növbətçi Cəza Hakimliyinə sövq edilən Bağcı ölkədən çıxışına qadağa qoyularaq, sərbəst buraxılıb.

Kanal14.az
Jalə Əsədova