Gündəm / Siyasət / Dünya

“Rusiya Ukraynada insanlığa qarşı cinayət törətməyə rəsmi qərar verib” - Harris


"Kanal14.az” "BBC”yə istinadın xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, ABŞ Rusiyanın Ukraynada insanlığa qarşı cinayət törətdiyinə "rəsmi qərar verib".

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Harris Rusiyanı işğaldan sonra "dəhşətli qətl, işgəncə, zorlama və deportasiya aktlarında” ittiham edib.

Moskvanın ABŞ-dakı səfiri ittihamları rədd edırık Harrisi "Rusiyanı şeytanlaşdırmaq” cəhdində suçlayıb.
Konfransda dünya liderləri Ukraynaya uzunmüddətli dəstək verməyə çağırıblar.
Britaniyanın baş naziri Rishi Sunak deyib ki, hərbi dəstəyi "ikiqat artırmağın” vaxtı çatıb.

Baş nazir iddia edib ki, Qərb müttəfiqləri Ukraynanın gələcək təhlükəsizliyini planlaşdırmağa və Ukraynanın özünü müdafiə etməsi üçün lazım olan silahları indidən göndərməyə başlamalıdır.

Kanal14.az
N.Məmərli