Gündəm / Cəmiyyət / Təhsil

Direktor başqa məktəbin sinif jurnalını `oğurladı` - Azərbaycanda İLGİNC OLAY

Direktor başqa məktəbin sinif jurnalını `oğurladı` - Azərbaycanda İLGİNC OLAY

Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbində qəribə hadisə baş verib.

"Kanal14.az" bildirir ki, 32gun.az-a daxil olan məlumatda iddia edilir ki, 9-cu siniflərdən birinin sinif jurnalı itib. Bu da buraxılış sinifi olduğu üçün məktəbdə narahatlığa səbəb olub. Məktəbə yeni müvəqqəti olaraq direktor təyin edilən Könül Kərimova və kollektiv bir neçə gün jurnalın tapılması üçün cəhdlər ediblər və bir müddət bu axtarış cəhdləri boşa çıxıb.

Adının açıqlanmasını istəməyən və məktəbdə müəllim işləyən xanımlardan birinin saytımıza bildirdiyinə görə, direktor "məktəbin təhlükəsizlik kamerasının Regional təhsil idarəsinə göndəriləcəyini və hər günün görüntülərinin izlənəcəyi" ilə bağlı məlumat yayıb.

Elə olay da bundan sonra baş verib. Belə ki, rayonun digər məktəblərdən birinin direktoru həmin jurnalı Qazax şəhər 2 nömrəli tam orta mətəbin direktor əvəzi K.Kərimovaya gətirərək "Bunu götürən uşağın anası mənim gəlinimə verib ki, sizə qaytarım" ifadələrini işlədib.

Deyilən sözərə inanmayan Könül xanım ondan niyə belə bir əməl törətməsinin cavabını tələb edib.

Bu zaman jurnalı götürən digər direktor "lənət şeytana, lənət şeytana" deyərək otaqdan çıxıb və sürətlə oradan uzaqlaşıb.

Əldə etdiyimiz digər məlumata görə, jurnalı məktəbdən götürən direktorun ailə üzvlərindən biri Qazax rayon İcra Hakimiyətində Rəcəb Babşovun yaxın ətrafında vəzifədə olan şəxslərdəndir.

Hadisəni törədən xanımın kimliyini dəqiqləşdirib məlumat verəcəyik.

Tərəflərin mövqeylərini dərc etməyə haızırıq.