Gündəm / Hadisə / Dünya

Tayvan: Adanın ətrafında 24 Çin təyyarəsi və 4 gəmi aşkar edilib

Tayvan: Adanın ətrafında 24 Çin təyyarəsi və 4 gəmi aşkar edilib

Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 4 döyüş gəmisi görünüb.

"Kanal14.az" "Haberglobal"a istinadən bildirir ki, nazirliyin açıqlamasında, 4 J-10, 4 J-11, 4 J-16 döyüş təyyarəsi, "Y-8 ASW" tipli dəniz patrul təyyarəsi və "CH-4" və "BKZ-005" tipli hərbi pilotsuz təyyarələrin Tayvan boğazında göründüyü deyilib.

Tərəflərin təsir zonalarını məhdudlaşdırması nəzərdə tutulan hava və dəniz xətlərinin Tayvanın "Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidən keçdiyi qeydə alınıb.

Açıqlamada, adanın ətrafında aşkarlanan 24 hərbi təyyarə və 4 döyüş gəmisinin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda səfərindən sonra Çin Tayvan ətrafında təyyarə və gəmi patrullarını artırdı və Tayvan boğazını ayıran nominal "orta xətti” keçdiyi yerlərdə müntəzəm uçuşlar həyata keçirdi.

Adanı öz ərazisinin bir hissəsi hesab edən Pekin "vahid Çin prinsipi”ni vurğulayaraq, Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, BMT-də və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və şərt qoyur ki, Tayvanla diplomatik əlaqələri kəsməli olduğunu qəbul edir.

Kanal14.az
Anarə Muhəmməd