Gündəm / Cəmiyyət / Mədəniyyət

Tarixin mükəmməl abidəsi

Tarixin mükəmməl abidəsi

Dünyada elə tarixi tikintilər, abidələr, yerlər var ki, onlar əsrlərin sınağından çıxaraq, nəslən- nəslə keçmiş və bu günümüzə qədər gəlib çatmışlar. İnsanları heyrətə gətirən, onların yaddaşına əbədi həkk olunan və düşündürən belə mükəmməl tarixi abidələrdən biri də Türkiyənin Adıyaman şəhərində salınmış Cantdərə körpüsüdür. Bu körpünün uzunluğu 120 və eni isə 7 metrdir. Hər biri 10 ton ağırlığında olan 92 qaya parçasından istifadə edilmişdir. İkinci yüzillikdə salınan bu körpü tarixin bütün sınaqlarından - təbii fəlakətlərdən və zəlzələlərdən salamat şıxmış və öz möhtəşəmliyini qoruyub saxlamışdır.

Kanal14.az
Kamal Əsgərov