Gündəm / Cəmiyyət / Təhsil / Video

Müəllim "könüllü" rüşvət tələb etdi - VİDEO

Müəllim

49 nömrəli məktəbin müəlliminin pul istədiyinə dair səs yazısı yayılıb.

"Kanal14.az" bildirir ki, 49 nömrəli intellekt məktəb litseyinin müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinifin votsap valideyn qrupuna səsli mesaj göndərərək, açıq-aşkar rüşvət istəyib.
Özü də müəllimin danışığından belə məlum olur ki, o bu rüşvəti "göz yumduqları" qanunsuzluq və şagird özbaşınalıqlarının əvəzində istəyir.



Müəllim bu rüşvətin məcburi olmadığını dönə-dönə vurğulasa da, imtahanları xatırlatmağı da "özünə borc bilib".
Həmçinin o başqa siniflərin səssizcə məbləği toplayıb, artıq təhvil verdiklərini də vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən artıq, yayılan səs yazısından məlumatlı olduqları, bu barədə bir neçə gün öncə quruma şikayət daxil olduğu bildirilib.

Məsələ araşdırılır.

Kanal14.az
Anarə Muhəmməd