Gündəm / Cəmiyyət / Hadisə / Dünya

Uşağı olmayan cütlük sən demə əkiz imiş - ŞOK

Uşağı olmayan cütlük sən demə əkiz imiş - ŞOK

Uşaqları olmadığı üçün analiz verdilər, çıxan cavab dünyanı şoka saldı.

"Kanal14.az" xəbər verir ki, hadisə Amerika Birləşmiş Ştatlarında baş verib.

Bir neçə ildir övladları olmayan cütlüklər süni mayalanma üsulu ilə övlad sahibi olmaq üçün klinikaya müraciət ediblər.
Süni mayalanma etmədən əvvəl cütlüklərdən analiz götürülüb. Lakin, çıxan cavab həkimləri şoka salıb.

Analizlərin cavabından aydın olub ki, sən demə cütlük əkiz imiş.
Həkimlər bunu xəbər verdiyində əvvəlcə cütlük zarafat zənn edib. Cavablar özlərinə göstərildikdən sonra, Özləri də təəccüblənib.

Sonradan məlum olub ki, Universitetdə tanış olan cütlüyün bioloji valideynləri avtomobil qəzasında həlak olublar. Həlak olan ailənin əkiz övladlarının hərəsi başqa-başqa ailələrə övladlığa verilib. Böyüdüklərində isə onlara əkiz tayının olduğunu bildirməyiblər. Beləcə biri-birindən xəbərsiz əkizlər universitetdə tanış olub, evləniblər.

Həkimlərin sözlərinə görə əkiz cütlük həqiqəti öyrəndiklərinə baxmayaraq, hələ də gələcək üçün planlar qurmaqda davam edirlər.

Kanal14.az
Rəna Gözəlova