Gündəm / Cəmiyyət / Video

"Santafe beach" hotel, yoxsa "hərəmxana" - VİDEO


Ötən gün "DogruXeber.az"da 8 noyabr prospektindəki "Günəş hotel" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvası barəsində məlumat yayımlamışdıq.

"Günəş" hoteldə intim xidmət - VİDEO



Davamlı gələn məlumatlar yayımladığımız məlumatları köhnəlməyə qoymur.

Bu gün də Xəzər rayonunun Türkan qəsəbəsindən xəbər, daha doğrusu videogörüntülər aldıq. Sən demə orada da "Santafe beach" adı altında daha bir əxlaqsızlıq yuvası fəaliyyət göstərirmiş.

Orada da otaq qiyməti 20 (iyirmi) manat, intim xidmət əlavə 30 (otuz) manat, müştərinin qorxmaması üçün təsəlli tamamilə pulsuz...

Orada da intim xidmət göstərən qadın müştərinin qorxularını sakitləşdirmək, onu təsəlli etmək üçün böyük "səy göstərir".
Onun bu sözlərinin nə dərəcədə doğru olub-olmadığı barəsində bir söz deyə bilmərik, amma, bəlli ki, himayədarı var ki, göz görə-görə bu cür sərbəst fəaliyyət göstərir.



Güman edirik ki, hüquq-mühafizə orqanları cəmiyyətin bu bəlası, daha doğrusu bu kimi bəlaları barəsində qanunamüvafiq tədbirlər görəcəkdir.

Cəmiyyəti məhvə aparan bu cür dırnaqarası xidmətlərin qarşısının alınması məqsədilə qanunla nəzərdə tutulan maddələr mövcud olsa da, bu cür fəaliyyət göstərən sahibkarlar nədənsə çox zaman məsuliyyətə cəlb olunmur. Sadəcə, biraz "ehtiyatlı olmaq" tapşırılır, vəssalam.

Amma, nə qədər ehtiyatlı olasan ki, bu boyda həngaməni gizlədə biləsən. Üstəlik də yaşından asılı olmayaraq, qadınları da bu çirkin əməlinə ortaq edəsən...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzuya yenidən qayıdacağıq.

DogruXeber.az
Rəna Gözəlova