Gündəm / Cəmiyyət

Rusiya Azərbaycanlılarının qardaşa dəstəyi

Rusiya Azərbaycanlılarının qardaşa dəstəyi

Rusiyada yaşayan Azərbaycanlılar-Diaspor təşkilatının nümayəndələri müxtəlif idarə və müəssələrdə çalışanlar, ali-təhsil ocaqlarında təhsil alan soydaşlarımız Türkiyənin Moskvadakı səfirliyinə gəlir, binanın önünə gül dəstələri qoyur, Türk qardaşlarımızın dərdinə şərik olur və dünyasını dəyişənlərin ruhunu hörmətlə yad edirlər.

Bununla əlaqədar Rusiyanın Azərbaycanlı gənçlər birliyinin (RAGB) SƏDRİ Ceyhun Hüseynov "report”un Moskva birosunun müxbiri ilə müsahibəsində demişdir: ”Türkiyə-Azərbaycan bir millət,iki dövlətdir.” Kənar bölgələrdən gələn və Moskvada yaşayan Azərbaycanlılar Türkiyənin səfirliyini ziyarət edir, onun qarşısında gül dəstələri qoyurlar. Belə məqamlarda biz iki qardaş xalq yenidən birləşirik.
Təşkilatımız vasitəsilə humanitar yardım etmək istəyən iş adamlarında tez-tez zənglər gəlir. Biz bu kompaniyanı bundan sonra da davam etdirəcəyik.

Kanal14.az
Ulduz Talıblı