Gündəm / Cəmiyyət

Azərbaycanlı uşaqların yardımı

Azərbaycanlı uşaqların yardımı

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlı bu ağır günlərdə Türk qardaşlarının dərdinə şərik olur, hər cür yardım göstərməyə çalışırlar. Rusiyanın uzaq Kamçatka şəhərində yaşayan soydaşlarımız bu geniş kompaniyaya qoşulmuş və geniş fəallıq göstərirlər.

"Kanal14.az” "Qafqazinfo”-ya istinadən yazır ki, Kamçatkada yaşayan Azərbaycanlı ailələrin uşaqları öz aralarında qrup yaradaraq, bu xeyriyyə aksiyasına qoşulmuşlar. İki gün ərzində bu fədakar uşaqlar on min manatdan çox pul toplamışlar. Onlar bundan sonra da öz xeyirxah işlərini davam etdirəcək və toplanan vəsaitləri zərərçəkən ailələrin uşaqlarına göndərəcəklər.

Kanal14.az
Aytəkin Talıbqızı