Gündəm / Siyasət

İlham Əliyev: "Bu ağır gündə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir"

İlham Əliyev:

"Kanal14.az” bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün - 08.02.2023-cü il tarixində Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək Türkiyə dövlətinə və xalqına başsağlığı vermişdir.
İ.Əliyev bildirib ki, - ”Tam əminəm ki,güclü və qüdrətli Türkiyə dövləti bu çətinlikləri də aşacaq və tezliklə qurtarma,arama işlərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə biz də qoşulmağa hazırıq. Yəni, Türkiyə və Azərbaycan bir yumruqdur, bir ürəkdir,bir candır.Biz belə görürük.Türkiyə və Azərbaycan vətəndaşları da belə görür. Bu ağır gündə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.”

Kanal14.az
Kamal Əsgərov