Gündəm / Dünya

Şimali Koreya müharibəyə hazırlığı müzakirəyə çıxarıb

Şimali Koreya müharibəyə hazırlığı müzakirəyə çıxarıb

Koreya Mərkəzi Xəbər Agentliyinin (KMXA ) verdiyi xəbərə görə Koreyanın 75 illik yubileyinin keçirilməsi ilə əlaqədar ölkənin hakim İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyasının iclası keçirilmişdir. İclasda çıxış edən ölkə başçısı Kim hərbiçilərin hərbi hazırlıqları artırmalarını istəyib. Komissiyanın iclası Şimali Koreyanın ən son silahlarını nümayiş etdirmək üçün planalaşdırdığından əvvəl hərbi parad keçirməyi qərara alıb. Komissiya üzvləri hərbi əməliyyatların və təlimlərin davamlı olaraq genişləndirilməsi, intensivləşdirilməsi və müharibəyə hazırlığın gücləndirilməsi məsələləri müzakirə ediblər.
Şimali Koreyanın Xarici İşlər naziri keçən həftə ABŞ- ın Cənubi Koreya ilə hərbi təlimlərinin artırılmasının regionda gərginlik yaratdığını əsas gətirərək demişdir: "İstənilən qısa və ya uzun müddətli təhdidlərə "əzici nüvə gücü” ilə cavab verməyə hazırıq."

Kanal14.az
Kamal Əsgərov