Gündəm / Dünya

Susmaq imkanı olub susmayanlarımız - DİSSİDENT SABİR YANARDAĞ (ikinci hissə)

Susmaq imkanı olub susmayanlarımız - DİSSİDENT SABİR YANARDAĞ (ikinci hissə)

(Əvvvəli ötən sayımızda)
Həmin sənəddən:
"Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Qorelovsk yoldaşa, Azərbaycan Könüllü Müdafiə Birliyinin müşaviri Sabir Mustafa oğlu İmamverdiyevin ərizəsi: "Aşağıdakı məsələlərlə bağlı başqaları ilə yox, şəxsən sizinlə müzakirənin zəruriliyini nəzərə alıb, qəbulunu xahiş edirəm.

Söhbətə aşağıdakı məsələlər daxildir:
1) Xalqımızın məruz qaldığı genosid-qətl çalarları.
2) Gerçək antisovetizm təmayülləri.
3) İnsanlara, xalqlara qarşı yerdəki cinayətlərin göydən ilahi-idraki qüvvələrin qəti biçimdə nəzarətə alması, cani olsa da bəşərin bütöv bir hissəsinin mistik qüvvələr tərəfindən cəza təhlükəsində qalmaları.

Onun 5 noyabr 2014-cü ildə "İstibdad və İstila” kitabı xüsusi marağa səbəb olan kitablarından biridır.
Gəncləri çox sevirdi... Onları "gələcək zaman "adlandırıdı. O dövrdə gənclər keçmiş "26-lar bağı"nda şəkil çəkdirməyə gələndə bütün bunları gördükcə təəssüflənir, gənclərin bunu etməməyi, başa salmağı digər silahdaşlarına tövsiyyə edirdi. Deyirdi ki, foto çəkdirməsinlər, çünki vaxt gələcək həmin fotodan utanıb, öz əllərinlə cıracaqlar...

Və tezlklə elə də olur.
Dediyim kimi o, ailə qurmamışdı... Tarixçi alim Firududin Ağasıoğlu onunla bağlı xatirəsində yazır ki, "Sabir Yanardağ bizim içimizdə ən fanatik millətçi idi. Bir gün Xəlil Pza və Elçibəy Yanardağla birlikdə onun bacısı oğluna İlqqar Kərimov üçün elçiliyə gedirlər. Çay süfrəsində bunlar başlayır Sovet hökumətini, KKB-ni yıxıb sürüməyə. Sən demə, qızın atası dövlət məmuru imiş, o qorxusundan deyir ki, qızı istəməyə gəlibsiz, tamam, verdim. İndi gedin")

...Televizorda "Günün ekranı" xəbərlər proqramına baxmırdı, üstünə də böyük hərflərlə "YALANÇININ ATASINA NƏHLƏT OLSUN" - sözlərini yazmışdı.
Mənim Onunla tanışlığım o qədər də çox olmayıb. Sonralar isə mərhum Yaşar Türk Azər mənə "Qocalar evinə" onun yanına getdiyini, ikinci dəfə gedəndə isə artıq həyatda olmadığını demişdi...

Deyilənə görə, tarixçi alim Nəsiman Yaqublu onun qaldığı "Qocalar evi"ni ziyarət etdiyini və Yanardağın ona maraqlı sənədlər və fotolarından müəyyən qədərini bağışladığını qeyd etmişdir. Onun haqqında maraqlı məlumatları Nəriman bəyin 2018-ci ildə nəşr etdirdiyi "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası" kitabında səhifə 274-277-də "Sabir Yanardağ"la bağlı bölməni oxuyub əldə edə bilərlər.

...Sabir Yanardağ 19 aprel 2018-ci ilde rəhmətə gedib, Xirdalan qəbirstanliginda dəfn olunub.

Son yaşamış olduğu ünvanisə belədir: 370007, Bakı, Mendeleyev küçəsi 8, keçid 2, mənzil...
"Sabir Yanardağ vətəni necə sevməliyik təsəvvürünü yarada bilən böyük ziyalımız oldu, var və əbədi də olacaq !"

Allah Rəhmət Eləsin ...

Baba Allahnəzərov