Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Bu xəstəliklərin müalicəsində yod istifadə edin

Bu xəstəliklərin müalicəsində yod istifadə edin

Yodun insan orqanizmi üçün xüsusi önəmlərinin nələrdən ibarət olduğunu bilirdiniz?

Əgər bilmirdinizsə, "Kanal14.az"ın sizlər üçün təqdim etdiyi bu məlumatı diqqətlə oxuyun.

Yod orqanizmin maddələr mübadiləsi üçün vacib əhəmiyyət kəsb edir.
O, orqanizmdə enerji idarəetməsini - xüsusilə də zehni və fiziki inkişafı tənzimləyir.

Orqanizmdə yod çatışmazlığı qalxanvarı vəzin (zob xəstəliyi) yaranmasına səbəb olur.

Həmçinin uşaqlarda və yeniyetmələrdə yod çatışmazlığı cırtdanboyluluğa və əqli inkişafın geriliyinə səbəb olur. Onların dərslərində də gerilik müşahidə olunur, çünki, qavrama qabiliyyətləri zəif olur.

Qadınlarda isə yod çatışmazlığı uşaqsalma, ölü doğuş, immunitet zəifliyi, tez-tez yoluxucu xəstəliklərə yoluxma, yaddaş zəifləməsi, baş ağrıları, halsızlıq, dəri quruluğu və sair kimi problemlərə səbəb olur.

Bütün bunların qarşısını almaq üçün sadəcə və sadəcə çatışmayan yodu orqanizmdə bərpa etmək kifayət edir ki, bunun da çarəsi yodlaşdırılmış qida məhsullarından, duzlardan istifadə etmək lazımdır.

Əgər soyuqdəyməniz varsa, gecə yatmazdan əvvəl yodla hər iki ayağınızın dabanlarına yodla damalar çəkin və corab geyinin.
Səhər oyandığınızda soyuqdəymənin qismən azaldığını, ayaq və baş ağrılarınızın tamamilə yox olduğunun şahidi olacaqsınız.

Qeyd edək ki, bu üsul qalxanabənzər vəz xəstəliyinin də müalicəsində istifadə olunur.

Kanal14.az
Jalə Əsədova