Gündəm / Dünya

Məni müəllim et

Məni müəllim et

"Kanal14.az" bildirir ki, Hindistanda imtahan saxtakarlığı halları çox olur. Ancaq homd polis bunu heç də həmişə aşkarlaya bilmirlər. Racastan əyalətinin Udaipir şəhərimdə müəllimlərin yeni imtahanı dövlət tərəfindən təşkil edilmişdi. Polisə daxil olan məlumata görə imtahana gedən avtobuslardan birində saxta müəllimlər var idi.

Saxta müəllimlər necə olur? Kimlər ki, məktəbdə təhsil vermək işinə girmək istəyir, ancaq dövlətin sınağından keçə niləcək savadı yoxdur, bu içtahandan keçə biləcək savadda olan adamlara müəyyən məbləğ ödəyir, həmin şəxs də namizədin adından imtahana girir və imtahandan keçir. Sonra imtahandan keçəcək savadı olmayan adam həmin muzdlunun sayəsində məktəbə müəllim kimi təyinat alır.

Hindistanda məktəblərdə ixtisaslı kadrlara çox böyük ehtiyac var.

Digər yol isə, imtahandakı suallarının cavabının öncədən namizədlərə satılmasıdır. Əzbərlənən cavablarla da namizədlər müəllimlik imtahanından keçə bilir.

Polis bu dəfə əldə etdiyi məlumatla əməliyyat keçirib və bir avtobusda 20-dən çox saxta müəllim aşkarlayıb.

Belə hallar Hindistan üçün ilk deyil.

Kanal14.az
Jalə Asiman