Gündəm / Cəmiyyət / Mədəniyyət

Tarixin “Avesta” qitəsi - İkinci hissə

Tarixin

Əvvəli ötən sayımızda ...
Qeyd etmək lazımdır ki, müasir rus dilində say və əvəzliklərdən başqa, elə isim, sifət və fellərə rast gəlirik ki, onların eyni olan qarşılığına və ya onlarda analoji əlaqədə olan leksem və morfemlərə "Avesta”da təsadüf olunur. Konkret qənaətə gəlmək üçün aşağıda verilən sözləri nəzərdən keçirmək maraqlı olardı (əvvəlcə, "Avesta” da olan sözlər verilir).

Band-bənd; rusca: bint; hindcə: banda; almanca: binden; saqdicə: bint; farsca: bənd; osetincə: bast: Brat – qardaş (qədim türkcə: bir ad), rusca: brat; latınca: frater; almanca: bruder; hindcə: bratr; saqdicə: brt; farsca: bəradər: Zimqış; rusca: zima; farsca: zimistan; osetincə: zimad; Uş-qulaq; rusca: uşi; Antar-içəri; rusca: vnutr: almanca: unter; Ana – o; rusca: ona (qadın cinsini bildirən əvəzlik);

Az və qazman sözləri: - göz, rusca: qlaz; latınca: oquluz; Bağ-Allah, rusca: boq (qədim türkcədə bağ (əlaqə)) – Allah; Budra – gümrah; rusca: bodrıy: Druva-sağlam; rusca: zdorovıy; Qari – dağ; rusca: qora; Pis-yazmaq; rusca: pisatı: Padşah: rusca; rad; Rvat-qazmaq, dartmaq; rusca: rvatı; Mat(r) – ana; rusca: matı; almanca: mutter; farsca: madər; hayna-dava; rusca: voyna; q(q)na-qadın; rusca: jena; Sadava-oturmaq; rusca: saditısya; (k) xata – ev; rusca: xata;

"Avesta”nın sözlük və mətn parçalarından götürdüyümüz sözlərdə məhz bu qəbildəndir.
Adara – aşağı: anarı: sarı-sarı (rəng); ut-küst: us\üst; Dam-dam; rusca: dom: Dunman – çən, duman: rusca: tuman; Upara-uca, hündür (xatırladaq ki, Azərbaycan ərazisində Upa kəndi vardır); Sarta-sərt, hirsli; upari – yuxarı; sas – səs; (bu söz çox vaxt fel formasında işlədilmişdir; məs: səs salmaq, danışmaq) və s.

Bu cür misalların sayını artırmaq da olar. Bizə elə gəlir ki, "Avesta” kimi böyük abidəni, onun Azərbaycan həyatı və məişəti ilə əlaqəsini ətraflı və elmi şəkildə öyrənməyin vaxtı çoxdan gəlib çatmışdır.

Firuz MUSTAFA,
Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, filosof, yazıçı- dramtyurq.