Gündəm / Dünya

İsraildə etiraz mitinqi

İsraildə etiraz mitinqi

İsrailin Baş Naziri Benyamin Netanyahunun məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qanunun təklifinə etiraz edən on minlərlə insan paytaxt Tələviv və digər şəhərlərdə mitinq keçirib.Mitinq ölkədəki qeyri-hökumət təşkilatlarının, hüquqşunasların və digər texnologiya sektorları kimi peşəkar qurumların çağırışı ilə baş tutmuşdur.

Türkiyənin "Sözçü” qəzetinə istinadən "Kanal14.az” xəbər verir ki, Baş Nazir Netanyahunun məhkəmə hakimiyyətinin bəzi səlahiyyətlərini parlamentə ötürmək üçün atdığı addımlar hökumətlə İsrail məhkəmə mexanizmi,xüsusilə də yüksək məhkəmə arasında gərginliyə səbəb olub.

Kanal14.az
Aytəkin Talıbqızı