Gündəm / Şou

Efirə zəng edən qadın onunla evlənmək istədiyini dedi

Efirə zəng edən qadın onunla evlənmək istədiyini dedi

Canlı efirdə boşandığını deyən əməkdar artistə talib gecikməyib.

"Kanal14.az" xəbər verir ki, elə həmin proqrama zəng edən bir xanım, əməkdar artist talib olduğunu bildirib və "onu heç kimə vermərəm, ona gələn talibləri efirə bağlamayın", sözlərini qeyd edib.

Aparıcılar zəng edən xanımı efirə dəvət ediblər, lakin, Rəhman Rəhmanov, -"Yox gəlməsin, başqa harda deyir, orda görüşək" deyə, müdaxilə edib.

Qeyd edək ki, əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" proqramında 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşandığını qeyd etmişdi.

Kanal14.az
Zülfiyyə Məmmədova