Gündəm / Dünya

İşsiz qalma qorxusu

İşsiz qalma qorxusu

Kanal14.az: - ABŞ-da aparılan araşdırmalar dünyanın digər ölkələrdəkindən fərqli olmayan bir həyatın mahiyyətini ifadə edir. Günbəgün dərinləşən böhranda şirkətlər ya sıradan çıxır, ya da işçi sayını azaldır. Nəticə olaraq da işçilərin ixtisarı ilə nəticələnən bu dalğa sonda iş qabiliyyətli insanların həyatını riskə atır. Nir neçə təhlil-araşdıqma şirkətinin hesablamasına görə son ildə 10 % işçi ixtisarı baş verib. Adı gizli saxlanan Klara simvolik adlı amerikalı "hər gün səhər oyandığımda işdən çıxarılacağəmı düşünürəm. Bir gün bunun baş verəcəyini düşünmək məni çox narahat edir. Nir gün səhər oyandığımda artıq işə getməməyimlə bağlı e-poçt alacağımı düşünmək çox ağırdır. Ən pisi də qeyri-müəyyənlikdir."

Göründüyü kimi işdən çıxanların iş tapmaq dərdi varsa, işləyənlərin də oşdən atılmaq qorxusu var və bu qeyri-müəyyənlik onlarda ciddi psixoloji narahatlıq yaradır.

"Kanal14.az" qeyd edir ki, ölkəmizdə də vəziyyət heç də fərqli deyil. Dünyanın inkişaf etmiş ölkələrində olan vəziyyət üçüncü dünya ölkəsi olan Azərbaycandakı vəziyyətin nə qədərağır olduğunu dünya ilə müqayisədə görmək olur.

Kanal14.az
Asiman Əsədsoy