Gündəm / Cəmiyyət / Hadisə

Hamını köməyə çağırırıq

Hamını köməyə çağırırıq

İranın Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlər və çoxsaylı yaralılanlar var Hazırda minlərlə insan şaxtalı havada, qar altında aç - susuz qalıb. Tehran rejiminin bu böyük fəlakətə münasibəti adekvat deyil. Dövlət özü yardım etmədiyi halda, qonşu Türkiyə və Azərbaycandan gələn yardım təkliflərini də qəbul etmir. Nəticə etibarilə, minlərlə insanın həyatı təhlükə altındadır; bütün dünyanın gözü önündə böyük bir insanlıq faciəsi yaşanır. Bütün hümanist təşkilatları, milli diasporamızı və soydaşlarımızın əli çatan mediya qurumlarını bu insanların səsi olmağa, yaşanan faciəni bütün dünyaya çatdırmağa səsləyirik. Tehran rejimi insanlığa qarşı bir cinayət işlədir, buna mane olmağımız lazımdır. Xoya yardım etməyə tələsin, bu insanlıq faciəsini durdurun.
Bu cinayətə qarşı olan, ölüm təhlükəsi altındakı insanlara kömək etmək istəyən hər kəsi İranın müxtəlif ölkələrdəki nümayəndəlikləri və beynəlxalq təşkilatların yerli təmsilcilikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırırıq.

Aydın ŞÜKÜROV,