Gündəm / Hadisə

Acı xəbər

Acı xəbər

"Kanal14.az" xəbər verir ki, Türkiyədə bu gün səhər saatlarında dəhşətli zəlzələ baş vermişdir. Qəhrəmanmaraş, Qazantəpə və digər 8 əyalətində 7.4 və 6,5 gücündə təbii fəlakət olmuşdur. Təəssüf ki, seyli sayda ölənlər və yaralananlar var. Qəhrəmanmaraş valisi Ömər Furuq Coşkun ilkin məlumat verərək demişdir ki, hələlik dəqiq bilinməsə də, ümumilikdə, itkilərimiz çoxdur. Onlar 5-10 nəfər deyil. Eyni zamanda çox ciddi dağıntılarımız var. Verilən xəbərlərə görə Osmaniyədə 34, Malatyada 130, Diyarbəkrdə 6 bina tam yerə çökmüşdür.
Türkiyənin Vitse- Prezidenti Fuat Oktayın jurnalistlərə demişdir: " İndiyə qədər ölənlərin sayə 284, yaralıların 2323, dağıntılar altında qalanların sayı isə 1710 nəfərdir.

Kanal14.az
Anarə Əsgərova