Gündəm / Cəmiyyət / Səhiyyə

Saxta dərmanları necə tanıyaq?

Saxta dərmanları necə tanıyaq?

Kanal14.az: - Azərbaycanda keyfiyyətsiz dərmanların satışı sanki bir adət halını alıb. İndi vəziyyət elədir ki,bizim hər birimiz belə keyfiyyətsiz,saxta dərmanların necə təsirsiz olduğunun şahidinə çevrilirik.Hətta indi xarici dərman istehsalçılarından biri Azərbaycanda dərmanların saxta olmasıyla bağlı əhaliyə müraciət edib. Danimarkanın "Novo Nordask A \C” Şirkəti bildirir ki, "Ozompik” dərmanına tələbatın yüksək olması, çoxsaylı saxtalaştırma hallarının meydana gəlməsinə səbəb olub. Bununla əlaqədar "Türküstan.az” xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiziya Mərkəzindən (AEM) sorğuya cavab olaraq bildirir ki,rəsmi yolla ölkəyə gələn bütün dərman vasitələri Analitik Ekspertiziya Mərkəzinin laboratoriya ranalizindən keçirilir və sənədlərin uyğunluğu yoxlanılır.Vətəndaşların özləri dərman alan zaman onun saxta olduğunu çox sadə yolla müəyyən edə bilərlər. Belə ki, bizim Mərkəzin idxalına icazə verdiyi bütün dərman vasitələrinin qutusunun içərisində mütləq qaydada Azərbaycan dilində içlik və qutunun üzərinə vurulmuş nəzarət markası olur.

Kanal14.az
Jalə Asiman