Gündəm / Cəmiyyət

“RƏŞADƏT”Lİ QƏHRAMAN


Respublikamizin İrdandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən göstərdiyi mərd və qətiyyıtli hərəkətinə görə Vasif Tağıyev Prezident İlham Əliyevin Səracamı ilı 1- ci dərəcəli " Rəşadət” ordeni ilə təltif edilmişdir.

"Kanal14.az" bildirir ki, Vasif Tağıyev terror hücumu zamanı sözün həqiqi mənasında ölümün gözünə dik baxaraq özünü itirmədən əsil peşəksrlıq nümunəsi göstərmişdir. Əgər bu, bir tərəfdən peşə borcunun məsuliyyətidirsə, digər tərəfdən vətəninə, xalqına, millətinə, torpağına olan sonsuz sevginin əyani təzahürüdür. Məhz buna görə də terror basqını zamanı Vasif Tağıyevin davranışları və şücaəti beynəlxalq səviyyədə ciddi marağa səbəb olmuş, onun terrorçunu zərərsizləşdirməsini qəhrəmanlıq nümunəsi kimi qiymətləndirmişlər.

Kanal14.az
Kamal Əsgərov