Gündəm / Cəmiyyət

Vəsaitlərin hansı məqsədlə xərcləndiyi məlum olacaq

Vəsaitlərin hansı məqsədlə xərcləndiyi məlum olacaq

Redaksiyaya məktub
Kanal14.az: - Hörmətli redaksiya! Mən Sumqayıt şəhərində yaşayıram. Uzun illər boru- prakat zavodunda işləmişəm. Buna baxmayaraq mütaliəni çox sevirəm. Düzünü deyim ki, sizin " Doğruxəbər.az” saytınız və "Kanal14" internet TV-iz mənim çox xoşuma gəlir. İmkanım daxilində sizin saytınızı müntəzəm izləməyə şalışıram. Mənim də sizə bir sualım var. Eşitdiyimə görə nəzir qutularından yığılan ianələr İrana göndərilir. Bu doğrudurmu? Xahiş edirəm imkanınız olsa cavabınızı saytınızda yazarsınız.

Hörmətlə: Səlim Səlimov.Sumqayıt şəhəri.

Cavab: Məsələ ilə bağlı İlahiyyətçi Tural İrfan EDNEWS- ə açıqlamasında bu məsələyə toxunduğu üçün həmin hissəni hörmətli oxucumuz Səlim Səlimovun diqqətinə çatdırırıq. O. öz müsahibəsində demişdir: "Bildiyimiz kimi ölkəmizdə kifayət qədər məscidlər, pirlər və.s. ibadət yerləri var. Hələ də bunların bir qismi Qafqaz Müsəlmanları İdarəsinə tabedir, tam olaraq Dini İşlər üzrə Dövlət Komitəsinin nəzarətində deyil. Bu qurumlarda hələ də QMİ - nin təyin etdiyi din xadimləri fəaliyyət göstərir. Onların arasında İranla bağlı şəxslər var. Bu ianələr onların nəzarəti altında müəyyən məqsədlər üçün xərclənir. Hesab edirəm ki, Dövıət Komitəsi bu məsələni tədricən sakit şəkildə həll etməlidir. Çox güman ki, Komitə ianələrin toplanması ilə bağlı qurumlardan sistemli şəkildə hesabatlar alacaq və vəsaitlərin hansı məqsədlə xərcləndiyi məlum olacaq.

Kanal14.az
N.Məmərli